Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.