Dünya bazarında neftin qiymətləri fərqli istiqamətdə dəyişib.
Bu barədə RT məlumat yayıb.
WTI markalı neftin aprel fyuçersləri 0.09 faiz ucuzlaşıb və bir barelinin qiyməti 63.16 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin aprel fyuçersləri isə 0.04 faiz bahalaşıb və bir bareli 67.07 dollara satılıb.