"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." - Nazirlikdən AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |    

"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." - Nazirlikdən AÇIQLAMA

Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Həmin vətəndaşların topladıqları sığorta kapitalı artıq bitib.

Median.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda gözlənilən ömür uzunluğu 77 il, pensiyaya çıxma yaşı isə 65-dir: "Arada 12 il fərq var. Bu gün Azərbaycanda 1 milyon 232 min pensiyaçı var. Biz vətəndaşın topladığı sığorta haqqını ona 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş pensiyaya çıxdıqdan sonra 12 ildən çox yaşayırsa, onun pensiyasını kəsmirik. Məsələn, 90 yaşa çatan insanlar var ki, onlar pensiya almağa davam edirlər. Bu insanların topladıqları pensiya kapitalı artıq çoxdan bitib. Bu gün biz onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam etdiririk".//day.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 152 23.02.21 21:17