ƏSAS DİQQƏT ÇƏKƏN MƏQAM – İXRAC
Rezident şəxslər tərəfindən görülən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində qeyd olunan işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda, həmçinin işlər və ya xidmətlər alıcının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bilavasitə bağlı olmadığı halda həmin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi xidmətin ixracı hesab olunur və belə əməliyyatlar 0 dərəcə ilə ƏDV-yə cəlb edilir.
Misal – 1: ƏDV ödəyicisi olan «A» MMC Rusiyada yerləşən «B» şirkətlə müqavilə bağlayır. Müqaviləyə əsasən «A» MMC B şirkətin reklamını Azərbaycanda həyata keçirəcək. B şirkət bunun üçün 10 000 pul ödəyəcək. Belə olan halda B şirkətin «A» MMC-yə ödədiyi vəsait 0 dərəcə ilə 10 000 *0% = 0 ƏDV cəlb oluncaq. Qeyd: «B» şirkətin Azərbaycandakı nümayəndəsi bu işi həyata keçirsə idi o halda 10 000 *18 ƏDV cəlb olunacaq idi. Digər məqam əgər «A» MMC-nin alıcısının («B» şirkətin) yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda 0 dərcə ilə ƏDV-yə cəlb olunur.
Misal – 2: ƏDV ödəyicisi olan «A» MMC Rusiyada yerləşən «B» şirkətlə müqavilə bağlayır. Müqaviləyə əsasən «B» şirkət A MMC-nin reklamını Rusiyada həyata keçirəcək. «A» MMC bunun üçün 10 000 pul ödəyəcək. Belə olan halda «A» MMC «B» şirkətə ödədiyi vəsaitdən 18 dərəcə ilə 10 000 *18% ƏDV cəlb oluncaq. Qeyd: «A» MMC Azərbaycanda yerləşir. Xidməti alan təşkilat. «B» təşkilat Rusiyada yerləşir. Xidməti göstərən təşkilat. 168.1.5 maddəyə əsasən alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda «0» dərəcə ilə ƏDV cəlb olunur. Misalda xidməti alan təşkilat xarici ölkə deyil. O, Azərbaycanda yerləşən təşkilatdır. Xarici ölkə olsa idi «0» dərəcə ilə ƏDV cəlb olunacaq idi.
«A» MMC-nin qeydiyyatda olduğu, yerləşdiyi yer, təsis edildiyi yerdə xarici ölkə olmadığı üçün «0» dərəcə ƏDV cəlb olunma hüququnu itirmiş olur.
//banker.az