Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |    

Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI

2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,90 faiz çoxdur.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,94 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 479,8 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,71 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,94 faiz təşkil edib.

Ümumilikdə isə bu ilin iyul ayında Türkiyəyə 6,617 milyon turist səfər edib. Bu rəqəm ötən ilin iyulu ilə müqayisədə 16,67 faiz çoxdur.

İyul ayında Antalyaya 2,5 milyon, İstanbula isə 1,6 milyon turist səfər edib.

2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə ümumilikdə 24,6 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,11 faiz çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 172 05.09.19 20:13