Nazir müavini subsidiyalarla bağlı yeniliklərdən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:48 Gizli danışıqlar üçün süni intellekt əsaslı yeni texnologiya hazırlandı  |     11:46 “Real Madrid” azarkeşlərə sürpriz hazırlayıb  |     11:45 30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLİB  |     11:43 “Bakıxanov” qəbiristanlığına kameralar quraşdırılacaq - VİDEO  |     11:42 Bankların yeni işbazlığı: “Camaata məcburi kredit kartı verilir” - VİDEO  |     11:39 Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü - VİDEO  |     11:35 Təhsil müəssisəsində külli miqdarda mənimsəmə: Cinayət işi başlanıldı  |     11:27 Ucarda narkokuryer saxlanılıb  |     11:18 Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”  |     23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |    

Nazir müavini subsidiyalarla bağlı yeniliklərdən danışdı

2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək.

Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müvafiq qaydalara əsasən, baza məbləği 200 manat olmaqla, 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkilərinin növləri üzrə müəyyən edilib:

"Hazırda işlər qrafikə uyğun davam edir. 2020-ci ildə subsidiyalar aqrar sahədə şəffaflığı və dövlət büdcəsinə qənaət edilməsini təmin edəcək. Bu, çox ciddi mexanizmdir, subsidiya sistemində inqilabi prosesdir".

Nazir müavini qeyd edib ki, üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək.

İ.Quliyev deyib ki, digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında bir hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib:

"Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur. Pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur".
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 645 02.09.19 17:45