Mojo.az Banner
21:25 Məktəbdə müəllim işinə düzəldəcəyi adı ilə vətəndaşları aldatdı  |     21:20 Vətəndaşlar onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcək  |     21:13 Daha bir tiktoker həbs edildi  |     21:07 İsrail SEPAH komandirini Livanda öldürdü  |     20:59 "Krokus" terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi  |     20:53 Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək  |     20:46 Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq  |     20:41 İcra hakimiyyətlərində kütləvi ixtisarlar niyə artır? - Video  |     20:34 İran bu ölkənin Hörmüz boğazından keçməsinə icazə verdi  |     20:29 Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərir  |     20:21 Azərbaycanda könüllü kredit qadağası olacaq  |     20:16 Sabah hava necə olacaq?  |     20:10 Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik - Məsafəyə görə... (VİDEO)  |     20:02 Sosial ödəniş alanlara şad xəbər: Sabah hamısı ödəniləcək  |     19:57 Bu gecə üçüncü Qədr gecəsidir  |     19:49 Fitrə zəkatı nə qədər olmalıdır? - AÇIQLAMA  |     19:43 Mikromobillik vasitələrindən istifadə edənlərin sayı təxminən 3 dəfə artıb  |     19:35 Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı  |     19:30 Tramp ABŞ-də benzinin bahalaşmasına görə hərəkətə keçdi  |     19:22 Ankarada ZƏLZƏLƏ oldu  |    
Left Banner
Right Banner

Elmar ermənini 78 saniyəyə məğlub etdi - Qasımov yarımfinalda

30.08.2019 13:12 3 029
Elmar ermənini 78 saniyəyə məğlub etdi - Qasımov yarımfinalda
Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar.

E.Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. İdmançımız ermənini 78 saniyəyə ippobla məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Bu mərhələdə E.Qasımov braziliyalı Rafael Buzakarinini də ipponla məğlub edib. 1/4 finalda hollandiyalı Mixael Korreldən üstün olan cüdoçumuz adını yarımfinala yazdırıb. Bu mərhələdə o, portuqaliyalı Jorje Fonseka ilə görüşəcək.

Digər cüdoçumuz Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşdən üstün olub. 1/16 finalda isə o, yaponiyalı Aaron Volfa məğlub olaraq, mübarizəni dayandırıb.

Xatırladaq ki, hazırda yığmamızın hesabında bir gümüş və bir bürünc medal var.
/oxu.az/
скачать dle 11.3
Mojo.az Banner