Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Hamının gözü "Qarabağ"da idi"

29.08.2019 23:31 2 537
Qurban Qurbanov:
"Azarkeşlərə təşəkkür edirəm. Komandanı möhtəşəm dəstəklədilər. Onlar daha yaxşı qələbələrə layiqdirlər. Qalib gəldik, amma bizə asan olmadı".

Median.Az
-ın report-a istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şimali İrlandiyanın "Linfild" komandasını 2:1 hesabı ilə məğlub edərək, Avropa Liqasının qrupuna düşdükləri pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu gün cari avrokubok mövsümündə ən çox sayda qol epizodu yaradıblar: "Futbolçularımızı təbrik edirəm. Sabahkı püşkü gözləməliyik. İndi zəif rəqib yoxdur, hər bir komandanın öz oyun üslubu var. Avrokubokda tək qalmışdıq. Hamının gözü "Qarabağ"da idi. Məqsədimizə çatdıq. Rəqib barədə də yalnız müsbət söz deyə bilərəm. Onlara və baş məşqçilərinə uğurlar arzulayıram".

Qurban Qurbanov hər bir oyunun baş məşqçi üçün önəmli olduğunu bildirib: "Bəlkə, avrokubokda 100-cü matçımdır deyə, soruşursunuz. Mən bütün matçlarda məsuliyyətli oluram. Xayme Romeronu bu gün mərkəzdə oynatdıq, yaxşı təsir bağışladı. İlk dəfə Avropa Liqasında qrupa düşdüyümüzü xatırlayıram. Bir az gözlərim dolmuşdu. Ancaq bu gün artıq təmkinliyəm. Əlbəttə, istənilən ilk ləzzətlidir. Ancaq indi qrupa düşmək baxımından üzərimizdə daha çox təzyiq hiss edirdik. Çünki Çempionlar Liqasında qrupa vəsiqə qazana bilməyəndə, ən azı Avropa Liqasını gözləyirlər. Transferlərə bağlı tənqidləri normal qəbul edirik. Bu, bütün dünyada belədir. Biz daha çox yaradıcı oyunçular axtarırıq. İstənilən halda, bütün transferlərdən razıyıq. Yenə də axtarışdayıq. Son günə qədər reallaşdırmağa çalışacağıq".

Qurbanov Avropa Liqasında qrup mərhələsinin ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini vurğulayıb :

"Bütün komandaların öyrəşdiyi stadionlar olur. Bakı Olimpiya Stadionunda daha çox azarkeş gələ bilir. Ancaq futbolçularımız üçün Tofiq Bəhramov adına Respublika stadionu daha rahatdır. Bəzi nüansları da nəzərə almalıyıq. Qrup mərhələsi üçün "Tofiq Bəhramov"u sifariş etmişik. Yəqin ki, ev oyunlarımızı burada oynayacağıq. Bir milyonum olsaydı rəqibdən kimi alardım? Biz futbolçularla dərindən maraqlanırıq. Bir fikir bildirə bilməyəcəyəm. Bizim futbolçulara isə heç bir təklif olmayıb".

Son xəbərlər