Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Özünüzü aclıqdan öldürməyin...

29.08.2019 21:43 3 334
Özünüzü aclıqdan öldürməyin...
Arıqlama bütün dünyada trendə çevrilib. Ehtiyac oldu-olmadı, çox adan arıqlamaq üçün dəridən-qabıqdan çıxır. Əksəriyyət də dietoloqa, mütəxəssisə müraciət etmədən, pəhriz saxlayaraq, iştahanı kəsən müxtəlif vasitələr qəbul edərək, çəki atmağa çalışır. Ancaq bilmirlər ki, kor-koranə tətbiq edilən bu üsullar "aclıq xəstəliyinə" - alimentar distrofiyaya, bu isə bəzi hallarda ölümə gətirib çıxara bilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, alimentar distrofiya uzun müddət qeyri-kafi qidalanma xəstəliyi olub, ümumi tükənmə, maddələr mübadiləsinin bütün formalarının pozulması, toxumaların və orqanların distrofiyası və funksiyasının pozulması ilə xarakterizə olunur. Yaranma səbəbi orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənimsənilməməsidir. Uzun müddət qida qəbulundan imtina etməklə orqanizmdə suyun, zülalların, karbohidratların tamamilə azalması nəticəsində əmələ gələn bu xəstəliyin əsas əlaməti sürətlə arıqlamaqdır. Həzm traktının divarında və həzm vəzilərində distrofik dəyişiklər onların funksiyaların pozulması isə müşahidə olunur, orqanizmdə mübadilənin pozulmasını daha da kəskinləşdirir. Uzun müddət qida qəbulundan imtina etmək mədə-bağırsaq infeksiyalarının inkişaf etməsinə şərait yaradır, nevrogen mənşəli anoreksiya əmələ gəlir və nəticədə kaxeksiya inkişaf edir.

Əlamətləri:

- saç tökülməsi

- quru dəri

- çəkinin azalması

- iştahanın azalması (olmaması)

- amenoreya (menstruasiyanın olmaması)

- tez-tez sidik ifrazı (pollakiuriya)

- əzələ zəifliyi

- ümumi zəiflik, yorğunluq

- nəbzin zəif vurması

- dərinin qızarması

- qan təzyiqinin düşməsi

- bradikardiya

- diş əti qanaması

Alimentar distrofiyanın 3 mərhələsi ayırd olunur.

I mərhələ qidalanmanın zəifləməsi, tez-tez sidik ifrazı, iştahanın artması, susuzluq, xörək duzunun qəbuluna istəyin artması ilə xarakterizə olunur.

II mərhələdə nəzərə çarpan arıqlama ilə yanaşı, xəstənin ümumi halı pisləşir.

Əzələ zəifliyi, əmək qabiliyyətinin itməsi baş verir, bədən temperaturu düşür, ayaqlarda ödəmlər yaranır. İştahanın və susuzluğun artması, tez-tez sidik ifrazı, müxtəlif orqanlarda başlanğıc distrofik dəyişikliklər və psixi dəyişikliklər müşahidə olunur.

III mərhələ üçün orqanizmin tükənməsi və fiziki zəifliyi, dərialtı piy toxumasının tamamilə itməsi, əzələlərin atrofiyası, kəskin halsızlıq (sərbəst hərəkət qabiliyyətinin tamamən itməsi), süstlük, psixikanın nəzərə çarpacaq dərəcədə pozulması, ürək və böyrək çatışmazlığı əlamətləri, anemiya, güclü qəbizlik xarakterikdir. Sonra hipotermiya (xüsusi hallarda bədən temperaturu 30 C qədər düşür), hipertenziya, asidoz inkişaf edir. Lazımi tədbirlər görülmədikdə xəstəliyin gedişatı proqressivləşərək, aclıq komasına çatır. Tibbi yardım edilməsə, III mərhələdə xəstələrin ölümü tədrici və ya qəfləti (1 sutka ərzində) baş verir.

Xəstəliyin müalicəsi var. Ancaq xəstə bunu özbaşına müalicə etməyə çalışmamalıdır. Yalnız həkim şəxsin çəkisini artıran, amma zəifləmiş həzm sistemini birdən-birə yükləməyən xüsusi pəhriz təyin etməlidir. Qida ilə yanaşı, dərman müalicəsi, hətta lazım olsa, parenteral qidalanma təyin edilə bilər. İlk günlər xəstənin fiziki və psixoloji sakitliyinə tam nəzarət olunmalıdır. Aclıq xəstəliyi müddətində bədənin bütün funksiyaları pozulduğu üçün müalicə kompleks şəkildə həyata keçirilməlidir.

Son xəbərlər