Mojo.az Banner
22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |     14:41 İranın Natanzdakı nüvə obyekti vuruldu  |    
Left Banner
Right Banner

Saçqıranlarla mübarizə — Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?

14.02.2020 23:22 3 678
Saçqıranlarla mübarizə — Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?
Haçalanan saçlar saç uclarının və ya spiralının ikiyə bölünməsi ilə müşahidə olunur. Bu adətən quru saçlarda meydana çıxır.
Saçqıranlı saçlar cansız görünür, dolaşır və zəif olur. Saçların laylanması onların tez qırılmasına, tökülməsinə gətirib çıxarır.

Median.Az
medicina.az-a istinadən bildirir ki, saçlara düzgün qulluq və onların tez qırılmasına səbəb olan faktorların (stress, balanslaşdırılmamaış qidalanma, bəzi dərmanların qəbulu, qeyri-düzgün boyama, kimyəvi maddələr vasitəsilə burulma, xlorlaşdırılmış su) aradan qaldırılması, problemdən qaçmağa imkan verir.

Haçalanan saçlar patologiya deyil, lakin çox vaxt bu daxili orqanların xəstəliyindən də xəbər verir.

Haçalanan saçların əsas səbəbləri nazik və quru olmasındadır. 20-30 sm-dən uzun olan saçlar ilk növbədə həyat tsiklinin xüsusiyyətlərinə görə haçalanmağa meyillidirlər. Öz çəkisinin ağırlığı, follikullara uzunmüddətli zərərli təsir nəticəsində saçlar öz əsasında haçalanır və strukturu pozulur. Belə ki, saçların yaşam müddəti orta hesabla 7 ildir. Stresslə birdəfəlik yüklənmə, məsələn, pis rəngləmə nəticəsində haçalanan saçlar sizə uzun müddət narahatlıq verə bilər.

Aparılan araşdırmaların nəticələrinə əsasən, kimyəvi maddələr vasitəsilə burulması, temperatur fərqi, əlverişsiz ekoloji şərait onların haçalanmasına gətirib çıxarır.
Xlorlaşdırılmış və çirkli su, ultrabənövşəyi şüaların təsiri, bəzi dərman maddələrinin qəbulu, balanslaşdırılmamış qidalanma saçların vəziyyətinə mənfi təsir göstərir. Bir neçə səbəbin kombinasiyası saç uclarının haçalanma ehtimalını artırır.

Fenlə qurutma zamanı saç təkcə isti havanın təsirinə deyil, həm də darağın isti dişləri ilə travmaya məruz qalır. Buna görə də saçların qeyri-düzgün qurudulması saç spiralının zədələnməsinə gətirib çıxarır.

Haçalanan saçların müalicəsi

Haçalanan saçların müxtəlif müalicəvi saç kəsimi metodlarından istifadə etməklə kəsilməsi, onların uclarının haçalanmasının qarşısının alınmasına imkan verir. Lakin bu problemi həll etmir. Qida rejimini normallaşdırmaq, saç strukturunun yaxşılaşdırılmasına yönəlmiş kompleks vitaminlər qəbul etmək mühümdür.

Saçların uclarına qoruyucu vasitələr sürtməklə onların strukturunun yaxşılaşdırılmasına yönəlmiş müalicə proqramları saçların haçalanmasını azaldır. Follikul zədələndiyindən saçlar haçalanırsa, follikulun sağlamlaşdırılması və yenilərinin böyüməsinin stimulyasiyası saçların ümumi miqdarının artmasına imkan verir. Davamlı nəticə almaq üçün bir neçə il ərzində müntəzəm müalicə keçmək və zədələyici faktorlardan tamamilə imtina etmək lazımdır. Yalnız bu halda yenidən inkişaf etmiş saçlar qırılmağa meyilli olmur.скачать dle 11.3
Mojo.az Banner