Mojo.az Banner
22:22 Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu  |     22:15 Rusiyada qəbulu planlaşdırılan qərar gündəm oldu: Kimlərə vətəndaşlıq verilməyəcək?  |     22:10 İctimai nəqliyyatda bir ilk: Üztanıma ilə ödəniş tətbiq olunacaq  |     22:03 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanır  |     21:58 Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər  |     21:51 Hantavirusdan sona norovirus: 1700 sərnişin üçün karantin elan edildi  |     21:43 Cəhənnəm istisi yaxınlaşır: Temperatur +48 dərəcəyə qədər yüksələcək  |     21:38 Laçında yeni yaşayış məhəlləsi tikiləcək - 41 milyonluq layihə  |     21:29 Narkotikə görə axtarışda olan şəxs Azərbaycandan Hindistana təhvil verildi  |     21:23 "Liverpul"un kapitanı "Qalatasaray"ın hədəfində  |     21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |     20:47 Sabah 31 dərəcə isti olacaq  |     20:41 Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı  |     20:34 Bakıda körpü təhlükə saçır - Video  |     20:29 Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - Video  |     20:20 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     20:15 Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - Video  |    
Left Banner
Right Banner

Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək

27.08.2019 18:22 5 048
Azərbaycanlı hərbi pilotlar MiQ-29-larla təlim keçəcək
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 "Kasa" təyyarələri, Mi-35, Mi-17, "Sikorski" UH-70, CH-47 "Çinok" və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.скачать dle 11.3
Mojo.az Banner