Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     11:43 Sumqayıtda təlim maşını yanıb  |     11:42 Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var  |     11:41 Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb  |     11:40 “ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?  |    

Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

Son gündə yunan-Roma güləşçiləri millimizə bir gümüş və bir bürünc medal qazandırıb.

Əsgər Əlizadə (-60 kq) bu gün təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini 8:0 hesabı ilə mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Həlledici görüşdə Qırğızıstan idmançısı Talastan Xəncərbəyoğlunu da tam üstünlüklə (11:2) məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Dünən ilk görüşündə erməni Samvel Qriqoryanı 5:2 hesabı ilə məğlub etmiş 2016-cı ilin gənclər arasında Avropa çempionu Ülvi Qənizadə (-72 kq) finalda mübarizə aparıb.

Lakin həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisi Sergey Stepanovla görüşdə uduzub. Gərgin keçən görüşdə rəqib 3:1 qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.

Qeyd edək ki, ümumilikdə güləş millilərimiz dünya çempionatını altı medalla (iki gümüş və dörd bürünc) başa vurub.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 510 19.08.19 12:05