İstanbul Super Kubokdan qazanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |    

İstanbul Super Kubokdan qazanacaq

Bu gün Türkiyənin İstanbul şəhərində 44-cü UEFA Super Kuboku matçı keçiriləcək.

Ötən mövsüm Madriddə UEFA Çempionlar Liqasının qalibi olmuş “Liverpul”la Bakıda UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırmış “Çelsi” qitənin ən güclüsü adına aydınlıq gətirməyə çalışacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşə maraq böyükdür. Oyunun keçiriləcəyi “Vodafone Arena”ya təxminən 40 min tamaşaçının gələcəyi gözlənilir.

Oyuna ən ucuz bilet 50 avrodur. Təbii ki, ən ucuz biletlər olduğu üçün qapı arxası tribunaların sahibləri artıq bəllidir. Daha mərkəzi tribunaların qiyməti isə 150 avroyadır.

Bu matçın İstanbulun iqtisadiyyarına təxminən 100 milyon avro xeyir verəcəyi gözlənilir. Çünki Böyük Britaniyanın Mançester və London şəhərlərindən kifayət qədər ingilis azarkeşlər gəlməyə başlayıb.

İngilislər arasında 2-3 günlük turlarla da gələnlər var. Finalı izləmək üçün 50 mindən çox ingilisin gəlməsi İstanbul iaşə obyektləri və hotelləri üçün xeyli qazanc gətirəcək.

Axşam isə təxminən yerli vaxtla saat 18:00-dan etibarən Türkiyə polisinin üzərinə böyük yük düşəcək. Çünki ingilis fanatların şəhərin mərkəzində dalaşmaq ehtimalı nəzərə alınıb. Amma hələlik dünəndən bəri türk polisi müşahidə etməklə məşğuldur.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 120 14.08.19 16:49