Bərdədə film kimi cinayət: qonşular torpağa görə bir-birini bıçaqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |    

Bərdədə film kimi cinayət: qonşular torpağa görə bir-birini bıçaqladı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri - 1957-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov əkin sahəsində mübahisə ediblər.

Torpaq üstündə düşən dava qanla bitib. Hadisə zamanı Ş.Səlimov üstündə olan bıçaqla qonşusu E. Qasımovun kürəyindən bir bıçaq zərbəsi endirib.

Yaralı E.Qasımov xəstəxanada tibbi yardım aldıqdan sonra xəstəxananı özbaşına tərk edərək Bərdə şəhəri ərazisində (Köhnə bazar adlanan ərazidə) ona xəsarət yetirən Ş.Səlimovu tapıb və qisasını almaq üçün onun ayağına bıçaq xəsarəti yetirib.

Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 166 09.08.19 22:21