Atambayevin qızından VİDEOmüraciət: "Atamı ona görə həbs ediblər ki..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Atambayevin qızından VİDEOmüraciət: "Atamı ona görə həbs ediblər ki..."

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qızı Aliyə Şaqiyeva video-müraciət ünvanlayıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, eks-prezidentin qızı son zamanlar atasının həbsi ətrafında baş verən hadisələrdən danışıb və onları özbaşınalıq adlandırıb.

"Mən rəssamam. Heç vaxt siyasətlə işim olmayıb. Ancaq hazırkı hakimiyyətin özbaşınalığına, atamın qanunsuz və haqsız həbsinə artıq susa bilməzdim", - deyə Şaqiyeva bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə bütün hüquqi normalar pozulur, müxalif telekanallar bağlanır, KİV vasitəsilə yalan informasiyalar ötürülür:

"Mən ailəmə, dinc əhaliyə görə narahatam. Kriminal avtoritet Batukayevin Qırğızıstandan çıxarılması kimi absurd fikirlər səsləndirilir. Əslində atamı müxalif fəaliyyətinə görə həbs etmək istəyirlər. Necə ki, onun tərəfdarlarını həbs etdilər. Misal üçün, Kuban Kulpatova və Sapar İsakov şahid ifadələrinin alınması üçün aparıldılar və təhqiqatsız həbs olundular. Atam tələb edirdi ki, istintaqla bağlı Konstitusiya Məhkəməsinin qərarı gözlənilsin. Artıq atam KİV-ə Batukayev haqqında bildiklərinin hamısını danışmışdı, istintaq tam məlumatları təqdim etməyə hazırlaşırdı. Atam deyirdi ki, nə qədər vəziyyət hüquqi müstəviyə keçməyib, Konstitusiya məhkəməsinin qərarı yoxdur, biz özümüzü müdafiə etmək hüququna sahibik. Eks-prezidentin evinə istənilən hücum avtomatik olaraq cinayət əməlidir və qanunsuz xarakter daşıyır".

Xatırladaq ki, Atambayevin həbsi əməliyyatları zamanı 98 nəfər yaralanıb. Bir nəfər xüsusi təyinatlı isə dünyasını dəyişib. Atambayev korrupsiya və digər cinayətlərdə ittiham olunur. Onun ömürlük həbsi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 121 09.08.19 20:00