Azərbaycana qanunsuz yolla "Rolex" saatları keçirmək istəyən şəxs tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |    

Azərbaycana qanunsuz yolla "Rolex" saatları keçirmək istəyən şəxs tutuldu - FOTO

Qolbaq və qol saatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajı rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli əşyaların təsviri əks olunub. Bu səbəbdən sərnişin saxlanılıb və onun yükü təkrar yoxlanılıb.

Yoxlamadan öncə vətəndaşa gömrüyə bəyan edilməli olan əşyaları könüllü şəkildə təqdim etməsi təklif olunub. O, əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) və 35.000 türk lirəsini, 3 ədəd "Rolex" markalı qol saatlarını üzərindən və əl çantasından çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) ümumi kütləsi 41,49 qram olan 585 əyarlı qızıldan hazırlanmış məmulatdır. "Rolex" markalı qol saatlarından 1 ədədi 750 əyarlı qızıldan hazırlanmış və çəkisi 222,67 qramdır. 2 ədədi isə 193,49 qram və 130,66 qram kütləli paslanmayan poladdan hazırlanmış saatlardır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 018 30.07.19 20:04