Emin Mahmudov: “Neftçi” Bakıda daha çox hücum futbolu göstərəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |    

Emin Mahmudov: “Neftçi” Bakıda daha çox hücum futbolu göstərəcək

Yaxşı anlayırdıq ki, “Arsenal”ı əks-hücumlarda yaxalamaq lazımdır. Ona görə də cinahlardan sürətli hücumlar təşkil etməyə çalışırdıq.

Bunu millimizin və “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Rusiya futbol məktəbinin yetirməsi olan “Neftçi”nin kapitanı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin Tula şəhərində keçirilmiş “Arsenal”la (1:0) oyunundan sonra “Matç TV”yə fikirlərini bildirib:

“Fasilədən sonra Roberto Bordin bizə dedi ki, qələbə qazanmaq üçün sizin gücünüz var. Hələ ikinci oyun var. Düşünürəm ki, orda daha çox hücum futbolu göstərəcəyik. Biz həmişə doğma divarlar arasında fərqli oynayırıq, daha çox hücum futbolu nümayiş etdiririk.

Təəssüf ki, Avropa Liqasına Baqaliy Dabosuz başlamışıq. Təbii ki, o bizim bombardirimiz olduğundan, komanda üçün vacib oyunçudur. Biz onu yenidən sıralarımızda görmək istəyirik. Onun varlığında daha da əla hücumlar təşkil edə bilərik. Ancaq bizdə digər hücumçu da var. Rauf Əliyev çox mübarizə apardı, bizə çox kömək etdi. Ona görə də Dabonun yoxluğu hiss olunmadı”.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 189 26.07.19 12:24