Azərbaycanda avtobus sürücüsü sükan arxasında narkotik çəkdi - AÇIQLAMA+VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |     20:30 Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib  |     20:25 Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb  |     20:16 COP29: Dayanıqlı və ədalətli gələcəyə can atırıq  |     20:10 Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək  |     20:02 Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub  |     19:55 İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb  |     19:48 “Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb  |     19:34 AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”  |     19:15 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     19:00 Azərbaycanda həkim vəfat etdi  |     18:55 Avropol hakerlərin hücumuna məruz qalıb  |     18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |    

Azərbaycanda avtobus sürücüsü sükan arxasında narkotik çəkdi - AÇIQLAMA+VİDEO

Sükan arxasında narkotik vasitə istifadə etdiyi deyilən sürücü barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, fakt öz təsdiqini taparsa, daşıcı şirkət barədə ölçü götürüləcək:


"İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən daxil olan şikayət və videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib. Fakt öz təsdiqini taparsa daşıyıcı şirkət tərəfimizdən ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq".

N.Allahyarova əlavə edib ki, sərnişinlər bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 155 18.07.19 16:57