Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |    

Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər

Azərbaycanda tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalıdırlar.

Median.Az
-ın məlumatına görə, bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov verib. O, bildirib ki, bu qayda paytaxtda yaşayış binası inşa edən bütün tikinti şirkətlərinə şamil ediləcək. Məmmədovun sözlərinə görə, indiyədək tikinti şirkətlərinin çoxu yaşayış binası inşa edərkən ərazini yaşıllaşdırmağa maraq göstərməyiblər. Amma bundan sonra tikinti şirkətlərinin hər biri bu tələbə əməl etməli, yəni bina inşa edərkən ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalı olacaqlar".

Şöbə rəisi bildirib ki, bu tələbə əməl etməyən tikinti şirkətlərinə qanunun icrası məcburi olacaq: "Əgər hansısa tikinti şirkəti buna əməl etməyəcəksə, məcburi qaydada yaşıllığın salınması təmin ediləcək".

O.Məmmədov bildirib ki, bu məsələ "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda öz əksini tapıb. Belə ki, bu normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir:

"Bu normalara görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq ərazinin minimum 40 faizini təşkil etməlidir. Tutaq ki, tikinti şirkəti bina inşa etmək üçün 10 sot torpaq sahəsi alıb. Onun 50 faizində bina inşa edir. 20 faiz də binanın girişi üçün saxlanılır. Yerdə qalan 30 faizdə yaşıllıq salmalıdır. Bu, "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi" normalarında 40 faizdir. Amma müstəsna hal kimi 30 faiz də götürülə bilər. Yeni qayda beş il və daha əvvəl inşa olunmuş binalara aid deyil".

Şöbə rəisi onu da qeyd edib ki, yeni normalara görə, əhalinin məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əməkdar memar Feyzulla Quliyev isə tikinti qaydalarına yaşıllıqların salınması ilə bağlı bəndin daxil edilməsinin çox mühüm addım olduğunu söyləyir. Sputnik Azərbaycan-a bu barədə danışan əməkdar memar bildirib ki, indiyədək tikinti şirkətlərinin mütləq əksəriyyəti bina inşa etdikləri ərazində yaşıllıq sahəsinin salınmasını həyata keçirməyiblər: "Hələ sovet dövründə belə bir tələb vardı ki, yaşayış binalarının ətrafı 20 faiz yaşıllaşdırılmalıdır. O vaxt Bakıda sıxlıq belə deyildi. Amma indi paytaxtda binalar sıx inşa olunur. Əhalinin sayı paytaxtda günü-gündən artır. Amma yeni inşa edilən göydələnlərin həyətində demək olar ki, yaşıllıqlar salınmır. Yeni normalar tikinti şirkətlərini məcbur edəcək ki, aldıqları torpaq sahəsinin bir hissəsini yaşıllığın salınması üçün saxlasınlar. Binanın həyətini yaşıllaşdırsınlar. Bu, çox vacib məsələdir. Tikinti şirkətləri bina inşa edərkən orada yaşayan insanların sağlamlığı məsələsini də düşünməlidirlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 009 17.07.19 21:01