Bakıda dini ekstremizmi təbliğ edən 180 kitab ələ keçirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Bakıda dini ekstremizmi təbliğ edən 180 kitab ələ keçirildi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib.

Komitənin rəsmi saytı xəbər verir ki, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.

İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb.

Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.

Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            895 05.07.19 20:47