Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:43 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |     20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |    

Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi - FOTO/VİDEO

Amerikalı vokal ifaçısı Kendra Morianın şəxsi “İnstagram” hesabındakı Azərbaycanla bağlı paylaşımı izləyicilərin diqqətini çəkib.

Moria lentə aldığı yeni mahnısını Azərbaycana həsr edib.

O, “Atəşgah”da, əbədi məşəlin fonunda çəkdirdiyi fotosu ilə birgə yayımladığı ifasını təqdim edib.

“Alov ölkəsi” başlığı ilə paylaşılan posta izləyicilərin əksəriyyəti xoş və müsbət reaksiyalar veriblər.

Moria Bakı üçün və burada olan dostları üçün çox darıxdığını qeyd edib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri müğənninin paylaşımının altında illər öncə burada yaşadığını unutmadığına və xoş xatirələrlə yada saldığına görə, minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Kendra Moria hazırda ABŞ-da ifaçılıq karyerasını davam etdirir. Kendra ailəsi ilə birgə uzun müddət Bakıda yaşayıb. Təhsilini davam etdirmək üçün müğənni yenidən Amerikaya dönmək məcburiyyətində qalıb. O, vətənində Azərbaycan mədəniyyətini və mətbəxini təbliğ edir.

Son dəfə paytaxtımıza 2018-ci ildə səfər edən Morianın Bakıya gəlişinin səbəbi isə “Youthvision-2017” beynəlxalq musiqi yarışmasında iştirakı olub.
/oxu.az/




скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 319 02.07.19 11:22