Paytaxtda marketləri qarət edən 4 nəfərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Paytaxtda marketləri qarət edən 4 nəfərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin CM-nin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 181-ci (quldurluq) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il aprelin 27-də Xətai RPİ-nə müraciət edən, paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində işlədiyi marketə, əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini və hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.

İstintaqın gedişatında dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu ilə tütün məmulatları, həmçinin NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etmələri məlum olub. Keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əlisəid Həsənov saxlanılıb.

İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Məhkəmənin hökmü ilə F.Hacıyev, O.Məmmədli və F.Hüseynzadə hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar, Ə. Həsənova şərti cəzaya
məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 589 28.06.19 18:42