Mojo.az Banner
19:00 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib  |     18:59 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:58 "Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq  |     17:00 Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alındı  |     16:53 Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - Video  |     16:48 Silahlı hücumdan əvvəl belə xəbərdarlıq edibmiş... - Foto  |     16:43 İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?  |     16:41 Bakıda intensiv yağış yağacaq (XƏBƏRDARLIQ)  |     16:37 Talassemiyalı xəstələrin pulunu mənimsəyənlər haqqında qərar verildi  |     16:34 Şitkət rəhbəri dələduzluğa görə cəzalandırıldı - 40 min də vergi borcu var  |     16:24 Azərbaycanda ilk - Bu yolda sürət həddi 130 olacaq  |     16:19 "Beniz"in məhkəməsi keçirildi  |     16:16 Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI  |     15:47 Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜ  |     15:29 "Bitcoin"in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdı  |     15:26 Qatarlara 18 dəfə daş atılıb  |     15:20 İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar  |     15:11 "Qarabağ"dan xanım azarkeşlərinə növbəti jest  |     15:02 Gəncədə "Changan" yük maşını ilə toqquşdu  |     14:57 Qoca Səmədovun oğlu azadlığa buraxıldı  |    
Left Banner
Right Banner

Yohannes Han: Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir

13.06.2019 12:03 3 611
Yohannes Han: Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir. Xüsusilə iqtisadi və ticarət baxımından. Bu forum Aİ ilə Azərbaycan arasında intensivləşən və inkişaf edən əlaqələrə bir nümunədir.

Bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətlərindəki səylərini müsbət qarşılayır:

“Düşünürəm ki, Azərbaycan bu istiqamətdə düzgün istiqamət seçib. Nümunə üçün, keçən il Azərbaycanda İKT sektoru 9 faiz artımı göstərmək olar. Biz hansı sahədə mümkündürsə, orada göstərilən səyləri dəstəkləməyə hazırıq.

Ona görə nikbinəm və ümid edirəm ki, Aİ ilə Azərbaycan arasında hər tərəfli əməkdaşlığa dair saziş tez biz zamanda imzalanacaq. Bu, yetərincə iddialı sazişdir və hər iki tərəf bunun ərsəyə gəlməsini istəyir. Hər iki tərəf arasında əməkdaşlıq potensialı onu göstərir ki, biz bu imkanları şirkətlərimizə təmin edə bilərik. Bu saziş Aİ-nin əsas prioritetlərindən biridir. Bu, Aİ və Azərbaycan arasında intensivləşən əməkdaşlığın növbəti sübutu olacaq”.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner