Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"

18.04.2026 21:55 906
Rəcəb Tayyib Ərdoğan:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.

Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı regiondakı son hadisələr ətraflı müzakirə olunub.

Ərdoğan bildirib ki, İrana qarşı həyata keçirilən hüquqazidd hücumların yaratdığı qarşıdurma regiona ciddi təsir göstərir. O, müharibənin tam dayandırılması və davamlı sülh mühitinin yaradılması üçün Türkiyənin diplomatik səylərini artırdığını vurğulayıb.

Türkiyə prezidenti, həmçinin qeyd edib ki, İranla bağlı gündəmə gətirilən separatçı ssenarilər heç bir tərəfə fayda verməyəcək. O, İraqda sabitliyin və təhlükəsizliyin qorunmasının əsas prioritet olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, Hörmüz boğazı ətrafında baş verən hadisələrin neft tədarükündə marşrutların şaxələndirilməsinin əhəmiyyətini bir daha göstərdiyini deyən Ərdoğan "Kalkınma Yolu" layihəsinin strateji önəmini vurğulayıb və layihənin sürətləndirilməsinin vacibliyini qeyd edib.скачать dle 11.3
Mojo.az Banner