Tonlarla Azərbaycan pomidorunun Rusiyadan qaytarılması ilə bağlı - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |    

Tonlarla Azərbaycan pomidorunun Rusiyadan qaytarılması ilə bağlı - AÇIQLAMA

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Qaraçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan iki partiya faraş pomidorunun geri qaytarıldığına dair məlumat yayılıb.

Oxu.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildiriblər ki, Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qaytarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb:

“Hazırda Agentliyin əməkdaşları məsələni nəzarətə götürüb və həqiqətə uyğun olub-olmadığı tərəfimizdən araşdırılır. Fakt öz təsdiqini taparsa, Agentlik aidiyyəti tədbirlər görəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya göndərilən 36,5 ton pomidorun geri qaytarılmasına məhsula baxış keçirilən zaman pomidorların üzərində Cənubi Amerika tomat güvəsinin aşkar edilməsi səbəb olub. Bu məlumatın müxtəlif laborator ekspertizalarla təsdiqini tapdığı da məlumatda qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 203 12.06.19 15:38