Arvadını 5-ci mərtəbədən atıb, öldürən "Buta Palace"ın art-direktorunun məhkəməsi başlayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |    

Arvadını 5-ci mərtəbədən atıb, öldürən "Buta Palace"ın art-direktorunun məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ramiz Taxvelinin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirlib.

Median.A
z xəbər verir ki, ötən il dekabrın 9-da Nəsimi rayonunda Adeliya Taxvelinin (1988-ci il təv.) yaşadığı mənzilin eyvanından özünü atması barədə Nəsimi RPİ 21-ci polis bölməsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilib.

Hadisə 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. Məlum olub ki, həmin ünvanda yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelyanı qəsdən binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

R.Taxveli saxlanılıb, ona ona məxsus “Lexus” markalı avtomobildə 5,647 qram marixuana aşkar edilib. O, “Buta Palace”ın art-direktoru vəzifəsində, mərhum isə "Atəşgah Sığorta" şirkətində baş mütəxəssis vəzifəsində işləyiblər.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iyunun 7-nə təyin edilib.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 269 04.06.19 12:04