Mojo.az Banner
23:02 Goranboyda "Gənclər Paytaxtı 2026"nın açılış mərasimi keçirilib  |     22:51 Mərkəzi Bank məlumat yaydı  |     22:41 Mərkəzi Bank məlumat yaydı  |     22:36 Bakıda 19 yaşlı tələbə itkin düşdü  |     22:27 Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alan var  |     22:09 Bakıya dəhşətli soyuqlar gəlir  |     22:00 ABŞ İran PUA-sını vurdu  |     21:51 İsrail və Azərbaycan memorandum imzaladı  |     21:46 Məşhur diktor vəfat etdi  |     21:39 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |     21:32 Uşaqlar 10 dəfə yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ  |     21:16 Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi  |     21:08 İspaniyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişi qadağan olunur  |     21:01 Dondurulmuş qidalar gözlənilməz fəsadlar törədir?  |     20:50 Kriştianu Ronaldu "Ən-Nəsr"in məşqində iştirak etməyib  |     20:33 Yol pulu olmadığı üçün velosiped oğurladı, həbs edildi  |     20:27 Azərbaycanda bu qohumlar evlənə bilər  |     20:18 "Ölümündən 40 gün sonra xəbərim oldu" - Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə ifadə verdi  |     20:17 Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ  |     20:08 Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  |    
Left Banner
Right Banner

Problemli kreditlərlə bağlı sərəncamın icrası başa çatdı

03.06.2019 11:45 3 767
Problemli kreditlərlə bağlı sərəncamın icrası başa çatdı
Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası başa çatdırılıb.

Bununla bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə açıqlama yayıb.

Açıqlamada deyilir ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib. Bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür.

Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.

Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək.

İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir.

Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olub.

Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.скачать dle 11.3