SOCAR iki Türkiyə şirkətini satın aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |    

SOCAR iki Türkiyə şirkətini satın aldı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə iki şəhərdaxili təbii qaz satışı şirkətini satın alıb.

Bununla bağlı “Habertürk” məlumat yayıb.

Türkiyənin Rəqabət Qurumu və Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK) “Bursagaz” və “Kayserigaz” şirkətlərinin SOCAR-a təhvil verilməsi üçün lazım olan qərar və razılığı verib.

“Millenicom Türkiye”nin satışı üçün İnformasiya Texnologiyaları və Əlaqələr Qurumunun gələn həftə qərar verməsi, satışın mayın 29-da baş tutması gözlənilir.

Qeyd edək ki, Türkiyədə son dönəmdə şəhərdaxili qaz satışını həyata keçirən bir neçə şirkət satılıb. Almaniya nəhəngi “EWE AG”yə məxsus “EWE Turkey Holding”, “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” şirkətləri öz paylarını SOCAR-a satıb.

Tərəflərin satış üçün 140 milyon dollara imza atdığı bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 102 17.05.19 17:25