Elçin Əlibəyli MTRŞ-ya müraciət etdi: "Xahiş edirəm, təklifimi diqqətsiz qoymayın" » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:44 Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı  |     18:42 Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb - FOTO  |     18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |    

Elçin Əlibəyli MTRŞ-ya müraciət etdi: "Xahiş edirəm, təklifimi diqqətsiz qoymayın"

Aparıcı Elçin Əlibəyli Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə açıq məktub ünvanlayıb.

O, məktubu sosial media hesabında yazıb:

"Televiziyaların hazırkı durumu və reytinq göstəricilərində yerli kanalların baxış sayının aşağı düşməsi olduqca ciddi məsələ olduğundan təklif edirəm ki, rəhbərliyiniz ilə televiziyaların bədii şura üzvlərinin, tanınmış ziyalıların, ictimai və peşəkar televiziya xadimlərinin iştirakı ilə toplantı keçirəsiniz və orada səslənən fikirlərin yekunu kimi televiziya rəhbərləri memorandum imzalasınlar.

Təşəbbüsünüzlə televiziya yayım şirkətlərində bədii şuraların yaradılması başa çatıb. Artıq televiziya mövsümü bitir və yenisinə hazırlıq gedir. Məhz, bu məqamda belə bir tədbirin keçirilməsi əhəmiyyətli iş olardı. Xahiş edirəm, təklifimi diqqətsiz qoymayın. Sonda, yuxarıda sadaladığım kateqoriyalara aid olmasam da, mənim də həmin tədbirdə çıxışıma şərait yaratmağınızı xahiş edirəm. Səsləndirəcəyim konkret təkliflərin faydalı olacağına inanıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 254 17.05.19 14:53