Mojo.az Banner
01:01 Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu  |     23:01 Naxçıvanda əhalinin sayı artıb  |     22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:16 Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu  |     22:11 Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb  |     22:03 Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü  |     21:56 "Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış  |     21:51 Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi - VİDEO  |     21:43 Şənbə günü hava necə olacaq?  |     21:37 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı  |     21:30 Bu ölkələr Azərbaycanda səfirlik açır  |     21:21 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub  |     21:09 Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi  |     21:04 Laçının bəzi kəndləri birləşdiriləcək  |     20:55 Azərbaycanın bu qədər xarici dövlət borcu var  |    
Left Banner
Right Banner

Azərbaycanda tarixi abidəni yandırıblar, dağılmaq üzrədir - Amma bərpa olunmayacaq

15.05.2019 17:51 3 280
Azərbaycanda tarixi abidəni yandırıblar, dağılmaq üzrədir - Amma bərpa olunmayacaq
Bir müddət əvvəl oxu.az-ın Qobustan şəhərində yerləşən Diri baba türbəsinin dağılması ilə bağlı qaldırdığı məsələyə rəsmi reaksiya verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Diri Baba türbəsində ötən ilin fevral ayında kimliyi hələ də məlum olmayan şəxslər tərəfindən yanğın törədilib:

“Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına da məlumat verilib. Diri Baba türbəsinə də abidə mühafizəçilərimiz tərəfindən daim nəzarət olunur. Həmin hadisə isə axşam saatlarında törədilib.

Burada insanlarımız özləri də diqqətli olmalıdır. Axı kimsə böyük bir tarixə malik olan abidəni niyə dağıtsın ki? Ümumilikdə abidə həmin hadisəyə qədər yaxşı vəziyyətdə olub”.

Lakin buna baxmayaraq, Diri Baba türbəsində bərpa işlərinin aparılmasının nəzərdə tutulmadığı qeyd olunub:

“Diri Baba türbəsi ölkəmizin turist axını olan istiqamətlərindən biri olduğu üçün həmişə həm yerli sakinlər, həm də turistlərin ziyarət etdiyi məkan olub. Bu gün də turistlər Diri Baba türbəsini ziyarət edir.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də bir neçə tarixi abidədə təmir-bərpa işləri aparılır. Lakin Diri Baba türbəsində bu il hər hansı bərpa işlərinin aparılması nəzərdə tutulmayıb”.
скачать dle 11.3
Mojo.az Banner