Videosu yayılan 27 yaşlı tibb bacısını maşın vurub öldürdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |    

Videosu yayılan 27 yaşlı tibb bacısını maşın vurub öldürdü - VİDEO

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
ONA-ya istinadən məlumatına görə, “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub.

Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib.

Onun bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan tibb bacısı olduğu müəyyənləşib. Görüntülərdə Təcili Tibbi Yardım Xidmətinə məxsus avtomobilləri musiqi sədası altında Nəzərova Firəngiz Eldar qızının başına fırlanır.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb. Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb. Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 006 14.05.19 19:35