Britaniya XİN Azərbaycana səyahətlə bağlı bəyanatına aydınlıq gətirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Britaniya XİN Azərbaycana səyahətlə bağlı bəyanatına aydınlıq gətirib

“Azərbaycanda terror ilə bağlı olan xəbərdarlıq yeni deyil. Saytımızda Azərbaycana səyahətlə bağlı etdiyimiz ən yaxın yenilənmə mayın 1-də olub. Yenilənmə budur ki, biz Azərbaycana İstanbul üzərindən səyahət etməklə bağlı məsləhəti çıxarmışıq”.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti ONA-nın London bürosunun sorğusuna cavab olaraq bildirlib.

Cavabda qeyd olunub ki, xaricə səyahət edəcək britaniyalılar üçün hər ölkə haqqında məsləhət səhifələri var. “Hər bir ölkəyə aid səyahətlə bağlı məsləhət səhifəsində bu ölkədəki terror təhdidinin qiymətləndirilməsi barədə məlumatlar olan xüsusi bir bölmə var. Bu, Britaniya vətəndaşlarına daimi qayğı göstərmək vəzifəsini yerinə yetirməyi təmin etmək məqsədi daşımaqdadır. Azərbaycandaki terror təhdidi ilə bağlı qiymətləndirməyimiz dəyişməyib".

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 449 13.05.19 22:00