Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTOLAR

Sosial şəbəkə istifadəçisi Rena Gely Vidmer bacısına aid foto paylaşaraq, onun əri tərəfindən şiddətə məruz qaldığını bildirib.

Median.Az xəbər verir ki, Rena Gely Vidmer adlı şəxs öz paylaşımında bacısı Geli Rim Abdel Raxmanın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun gəlini olduğunu qeyd edib. Həmin paylaşımı sizə təqdim edirik: 

"Əziz dostlar, Şəkildəki mənim bacım Nunadır. Bizim sizin köməyinizə çox ehtiyacımız var. Bu gün Yasamal Rayon məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə verib.

Bacımın qaynatası Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovdur. Əri hər gün içib, bacımı uşaqlarının qarşısında döyürdü. Uşaqları da döyürdü. Paylaşdığım şəkil bacımın döyülməsinin şəkilidir. O vaxt bacım uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib. Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib, və o, məhkəmədə şahidlik etməkdən çəkinib.

Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin! 

Bacımın heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur. Əri onu guya qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunda ittiham edir. 

Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər, və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb. 
Çox çox xahiş edirəm, paylaşın, ümidimiz sizədir! 
 
Qeyd edək ki, paylaşımla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 971 10.05.19 19:06