Qanunsuz dövriyyədən 11 kq-dan artıq narkotik çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Qanunsuz dövriyyədən 11 kq-dan artıq narkotik çıxarılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülüb. Araşdırma nəticəsində ona narkotik vasitəni satan həmyerlisi Kamil Hüseynov saxlanılıb, evində 2 kq. 11,671 qram marixuana aşkar edilib.

Bundan başqa, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb, ondan 450 qram marixuana götürülüb.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Bədəlovdan 8 kq. 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb .

Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 074 04.05.19 17:41