Bakıda qəza: 12 yaşlı qız yan şüşədən çıxaraq maşına çırpılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |    

Bakıda qəza: 12 yaşlı qız yan şüşədən çıxaraq maşına çırpılıb

Bakının Səbail rayonunda 5 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində qeydə alınan hadisə zamanı 3 minik maşını toqquşub.

Muradov Şahin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yol hərəkəti qaydasını pozaraq “anidən dönmə” əməliyyatı edib.

Arxadan gələn Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “Jiquli”yə çırpılıb.

Zərbənin təsirindən “VAZ 2107” markalı avtomobildə olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə dəyib.

“Hyundai” markalı maşın isə Dənizkənarı Bulvarın hasarına dəyərək dayanıb.

Qəza zamanı “Jiquli”nin sürücüsü Şahin Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Zöhrə Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

“Hyundai” markalı avtomobilin sürücüsü Qadir Məmmədov və onun anası da yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

“VAZ 2107”markalı avtomobildə olan yaralılardan Zöhrə Muradlının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 351 04.05.19 13:20