Bakıda nonsens: Sığınacağa yerləşdirilən körpələrin anası təhdid yağdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |    

Bakıda nonsens: Sığınacağa yerləşdirilən körpələrin anası təhdid yağdırır

Median.Az xəbər verir ki, aprelin 17-də Azərbaycan Uşaqlar Birliyinin (AUB) "qaynar xətt"inə 3 azyaşlı ilə bağlı məlumat daxil olub. Sputnik Azərbaycan-ın əməkdaşı artıq bir neçə gündür ki, AUB-un sığınacağında saxlanılan azyaşlıların vəziyyəti ilə bağlı məlumat almağa çalışırdı.

Birliyin sədri Kəmalə Ağazadənin sözlərinə görə, bir neçə gün keçməsinə baxmayaraq, ana sığınacağa gəlməyib: "Bu hadisə ilə əlaqədar olaraq kimlərinsə vasitəsilə bizə anonim zənglər daxil olur, hədə-qorxular edilir. Deyirlər ki, "nəyin əsasında uşaqları aparıblar, buna görə kim ixtiyar verib?". Mən isə bir daha vurğulayıram ki, bütün bu proseslər rəsmi şəkildə, yəni dövlətin qayda-qanunları çərçivəsində həyata keçirilir".

"Bir neçə gün öncə bizə uşaqların səfil vəziyyətdə olması ilə bağlı müraciət daxil olmuşdu. İcra nümayəndəsi, polisin iştirakı ilə vəziyyət qiymətləndirilib və verilən məlumat təsdiqini tapıb. Bundan sonra isə uşaqlarla reabilitasiya aparılacaq" – deyə birlik sədri əlavə edib.

K.Ağazadə uşaqların sənədləri haqda isə bunları deyib: "Ananın böyük övladının 10 yaşı olsa da, onun bu günədək doğum haqda heç bir sənədi olmayıb. O, bu vaxtadək heç məktəbə də getməyib".

Xatırladaq ki, bir neçə gün öncə 3 azyaşlı Nizami rayonunun Keşlə qəsəbəsində kimsəsiz halda aşkarlanıb. Bununla bağlı olaraq Azərbaycan Uşaqlar Birliyi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin yetkin yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 19.04.19 20:40