Tereza Meyin "Brexit"lə bağlı təklifi rədd edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Tereza Meyin "Brexit"lə bağlı təklifi rədd edildi

Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brexitin qısamüddətli uzadılması üçün müraciəti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tərəfindən rədd edilib.

Median.Az
xəbər verir ki, o, deputatlarla razılaşmaq üçün son tarixin aprelin 12-si olduğunu bildirib.

Avropa Komissiyasının prezidenti qeyd edib ki, təyin olunan vaxta qədər müqavilə təsdiqlənməlidir, əlavə müddət olmayacaq. Çünki hər hansı bir gecikmə Avropa Parlamentinə keçiriləcək seçkilərə təhlükə yarada bilər ki, bu da Avropa İttifaqının fəaliyyətini təhdid edir.

Ötən gün Tereza Mey bildirmişdi ki, Böyük Britaniya hökuməti Avropa İttifaqından “Brexit”in müddətinin uzadılması haqqında xahiş edəcək.

Qeyd edək ki, Britaniya hökuməti və parlamenti Avropa İttifaqından çıxışın ən yaxşı variantı üzrə razılaşa bilmir.

“Brexit” martın 29-da tamamlanmalı olsa da, Avropa İttifaqı ilə müqavilə parlamentdə qəbul olunmayıb. Bundan sonra Avropa İttifaqı “Brexit”i şərti olaraq təxirə salmağa razılıq verib. İttifaq liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti “Brexit” müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, “Brexit” aprelin 12-dək təxirə salınacaq.

Xatırladaq ki, Britaniya hökuməti Avropa İttifaqını tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilərin keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 004 03.04.19 22:48