"Böyük islahatlar gəlir" - Azərbaycan deputatlarının Vaşinqtonda sensasion bəyanatları » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:30 “Togg” Avropa bazarına çıxır  |     11:28 İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO  |     11:26 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO  |     11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |    

"Böyük islahatlar gəlir" - Azərbaycan deputatlarının Vaşinqtonda sensasion bəyanatları

Azərbaycan parlamentinin hakimiyyət düşərgəsindən olan üç deputatı bu həftə "hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək" təmin etmək üçün Vaşinqtona səfər ediblər. "Azərtac" və "Turan"ın Vaşinqton müxbirləri xəbər verir ki, Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Və İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.

"Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük"-Səməd Seyidov ötən gün martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.

"Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik" adlı tədbir Vaşinqtonda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun İpək Yolunu araşdırma Proqramı tərəfindən təşkil olunmuşdu. Tədbirin iştirakçıları arasında Avrasiya yəhudilərinə dəstək üzrə Milli koalisiyadan olan Bella Qoldşteyn və Lesli Vays da yer alırdı.

"Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik"-Səmədov əlavə edib. O, Azərbaycanda "daha böyük islahatlar" vəd edib. Lakin o hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.

Tədbirin təşkilatçılarının sözlərinə görə Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.

Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün "islahatçılar" lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. "Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır"-Mollazadə deyib.

Mollazadə və Seyidov AİPAC-ın illik siyasi konfransında da çıxış ediblər. "Turan"ın Vaşinqtondakı müxbirinə məlum olub ki, ola bilsin deputatların səfəri xarici işlər naziri Elmar Məmmədyarovu ABŞ-a rəsmi səfərini hazırlamaq məqsədi daşıyır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 785 30.03.19 23:00