Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İnsandan daha qədim olan heyvanın kökünü kəsirik

25.03.2019 19:38 2 753
İnsandan daha qədim olan heyvanın kökünü kəsirik
Bioloqlar bildirir ki, köpək balıqlarının nəsli tükənməyə başlayıb.

Rusiya mətbuatı xəbər verir ki, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyinin (BTMB) məlumatına görə, köpək balığının indiyə qədər öyrənilən 58 növündən 17 növü yox olmaq təhlükəsi ilə üz-üzədir. Bunlar arasında dünyanın ən sürətli köpək balığı olan mako da var. Bu köpək balığı saatda 70 kilometr sürətlə üzə bilir.

Nəsli tükənməkdə olan köpək balıqları Asiya bazarlarında çox sevilir. Çünki onların əti və üzgəcləri əsl delikates sayılır.

Bu gün xüsusilə 6 növün vəziyyətinin son dərəcə kəskin olduğu bildirilir. Onlardan pişik köpək balığı, Pataqoniya dəniz mələyi və yumru mələk-köpək balığı növləri ilk dəfə bu siyahıya düşüb. Daha 11 növ isə tükənmə təhlükəsinə yaxındır.

Alimlər vəziyyətin çox ağır olduğunu deyirlər. Köpək balıqları 400 milyon ildir okeanda yaşayır. Lakin quruda bir çox vəhşi heyvanların kökünü kəsən insan, indi də okeanda onların nəslinin tükənməsinə səbəb olur.//sputnik.az

Son xəbərlər