Beşdən çox uşağı olan qadınlara verilən müavinət gələn aydan artır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |    

Beşdən çox uşağı olan qadınlara verilən müavinət gələn aydan artır

Beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinətinin məbləği aprelin 1-dən 55 manata çatdırılacaq.

Dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, misal üçün, ailədə altı uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə, 132 manat çox) vəsait ödəniləcək. Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların doqquz min nəfər uşağına bu müavinət verilir.

25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.

Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 558 15.03.19 17:56