Hər il 8,8 milyon insan bu səbəbdən ölür - Hamı təhlükədədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |    

Hər il 8,8 milyon insan bu səbəbdən ölür - Hamı təhlükədədir

Hava çirklənməsi əvvəllər düşünüldüyündən iki dəfər artıq ürək xəstəliklərindən ölüm hallarına səbəb olur. Belə bir nəticəyə almaniyalı alimlər gəlib.

Araşdırma haqda məqalə “MedicalXpress” nəşrində dərc olunub.

Tədqiqatçılar müxtəlif hava çirklənmə mənbələri ilə ölüm halları arasındakı qarşılıqlı əlaqəni modelləşdirib. Məlum olub ki, təkcə 2015-ci ildə çirklənmiş atmosfer bütün Avropada 790 min insanın ölümünə səbəb olub.

Ölüm hallarının 40-80 faizi məhz hava çirklənməsindən qaynaqlanan ürək-damar xəstəlikləri, o cümlədən, infarkt və insultun payına düşür. Maraqlıdır ki, bu tənəffüs orqanları pozuntuları respirator xəstəliklərlə əlaqəli ölüm hallarından 2 dəfə çoxdur.

Alman alimlərin hesablamalarına görə, hava çirklənməsi il ərzində dünyada 8,8 milyon nəfərin həyatına son qoyur.

Orqanizmə mənfi təsir edən əsas faktor çirklənmiş havada olan 2,5 mikron ölçülü “PM 2.5” sərt zərrəciklərdir. Onlar ürək-damar və respirator xəstəliklərin başlıca səbəbkarı sayılır. Avropada bu zərrəciyin icazə verilən illik konsentrasiyası bir kub metrə 25 mikroqram sayılır. Bu göstəricisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi icazə verilən miqdarı 2 dəfə üstələyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 239 13.03.19 12:00