Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |    

Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 67 yaşlı Əli Məmmədovu avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidə yolu keçmək istəyən 35 yaşlı Seymur Vəliyevi maşın vurub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırm aparılır.

Masallıda da ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon sakini 43 yaşlı Mustafa Sadıxov idarə etdiyi avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi 47 yaşlı Mirhüsey Abdullayevin idarə etdiyi avtomobillə toqquşub. Nəticədə xəsarət alan Mirhüseyn Abdullayev və sərnişini 88 yaşlı Şəhrəbanu Ağayeva təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Şəhrəbanu Ağayeva xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 729 12.03.19 23:00