Zidan ilk dəfə “Real”ı tərk etməsinə aydınlıq gətirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |    

Zidan ilk dəfə “Real”ı tərk etməsinə aydınlıq gətirdi

“Ev”ə qayıtdığım üçün çox şadam. Düşünürəm ki, daha sonra çox suallar verəcəksiniz. İndi isə qayıtmağıma şad olmağımdan başqa nəsə demək istəmirəm.

Bu sözləri Zinəddin Zidan deyib.

Yenidən “Real”a baş məşqçi təyin olunan fransalı mütəxəssis “Real”dan niyə ayrılmasının səbəbini açıqlayıb:

“Bu komanda ilə 2,5 il ərzində bütün titulları qazandığım üçün dəyişikliyə ehtiyac var idi və buna görə getməli oldum. İndi isə qayıdıram, çünki prezident çağırır. Əsas məsələ isə budur ki, doqquz ay sonra yenidən işləmək üçün həvəs yaranıb. Hər şey qarşıdakı bir neçə ildə dəyişməlidir. Amma indi əsas iş bu deyil. Mövsümün sonuna qədər 11 oyun qalıb və biz uğurlu yekun istəyirik.

Doqquz ay boyunca bu barədə heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni klub prezidenti özü dəvət etdi, ona “yox” deyə bilməzdim. Çünki bu klubu və onun prezidentini sevirəm. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram. Bu doqquz ayda fikirlərim çox dəyişib”.

O, yayda komandanı tərk etmiş Kriştianu Ronaldu ilə bağlı verilən sualı isə belə cavablandırıb:

“Biz bu gün onun haqda danışmamalıyıq. Bizi çempionatda 11 oyun gözləyir və ona köklənməliyik. Ronaldu bu klubun tarixinə düşüb və bunu heç kim dəyişə bilməz. O, klubun ən yaxşı oyunçularından biri olub, ancaq bu gün onun haqda danışmağın zamanı deyil”.

Qeyd edək ki, Zinəddin Zidan “Real”la 2022-ci ilə kimi anlaşma imzalayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 840 12.03.19 16:14