Bakıda avtomobilləri qeyri-adi üsulla yaran qardaşlar tutulub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Bakıda avtomobilləri qeyri-adi üsulla yaran qardaşlar tutulub - FOTO

Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhddə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.

Müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə etməklə, müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındırmaqla, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə, ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurublar.

Onlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.

Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir.

Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırılması davam etdirilir.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 776 12.03.19 12:30