İlham Əliyevdən vətəndaşın müalicəsi ilə bağlı tapşırıq: Xaricə də göndərərik - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |    

İlham Əliyevdən vətəndaşın müalicəsi ilə bağlı tapşırıq: Xaricə də göndərərik - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Ağsu rayonuna səfər edib.

Dövlət başçısı səfər çərçivəsində Ağsuda zəlzələdən sonra görülən işlərlə tanış olub.


Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib və ərizələrini qəbul edib.

Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri narahat edən məsələləri dinləyib.

Görüş zamanı Ağsu sakini Həcər Zamanova dövlət başçısından nəvəsinin - Zamanov Murad Adil oğlunun gözlərinin müalicə olunması üçün kömək istəyib.

“29 yaşı var. Atası və anası rəhmətə gedib. Gözlərindən biri tamam tutulub, digərində üç faiz qalıb. Deyirlər ki, ona donor göz lazımdır. Mən də qalmışam belə. Gücüm çatmır”, - deyə sakin bildirib.

Prezident İlham Əliyev məsələnin həll olunması ilə bağlı tapşırıq verib:

“Siz narahat olmayın, lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 769 07.03.19 14:27