Mojo.az Banner
22:59 Daha bir futbolçu "Qarabağ"ı tərk edə bilər  |     22:51 Zelenski sülh prosesi haqqında: "Əsas sənədlər hazırdır"  |     22:44 Azərbaycana bal idxalı azalıb: Hansı ölkələrdən gətirilir?  |     22:36 Tapdığınız əşya nə zaman sizinki sayılır? - VİDEO  |     22:24 Harri Kasparov həbs oluna bilər  |     22:09 Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb  |     22:01 Göyçayda yanğın olub - FOTO  |     21:53 2026-cı ilin qışı belə keçəcək - Bakıda dayanmadan qar, şaxta...  |     21:47 Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - YENİLƏNİB - FOTO  |     21:45 Kərim Benzema məşhur rəssamın tablosunu satın aldı  |     21:38 Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu  |     21:25 Sumqayıtda məhkəmənin hakimi qəzada öldü  |     21:23 Mandarin qabığı təhlükəlidir - DİQQƏTLİ OLUN  |     21:16 Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib - FOTO  |     21:08 Masazırda gənc qızı maşına basıb qaçırdılar - ANBAAN VİDEO  |     21:00 Fransada zavodda partlayış: Yaralananlar var  |     20:52 Kub formasında satılan ətlər təbii olmaya bilər - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     20:38 Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR  |     20:20 PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamaq istəyir  |    
Left Banner
Right Banner

Bakıda dələduzluq edən müğənniyə hökm oxundu

18.02.2019 18:08 4 919
Bakıda dələduzluq edən müğənniyə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Vəlizadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyini vəd edib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.
//oxu.azскачать dle 11.3