Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kub formasında satılan ətlər təbii olmaya bilər - XƏBƏRDARLIQ

22.12.2025 20:52 558
Kub formasında satılan ətlər təbii olmaya bilər - XƏBƏRDARLIQ
Azərbaycanda bazarlarda satılan bəzi mal ətlərinin görünüşü və mənşəyi ilə bağlı narahatlıq yaranıb. Mənşə ölkəsi və emal prosesi barədə məlumat verilməyən, kub formasında təqdim olunan və bazar qiymətindən xeyli ucuz satılan bu məhsulların təhlükəsizliyi müzakirə olunur. Alıcılar ətin keyfiyyəti və saxlanma şəraiti ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.

İstehlakçı ətin təbii olub-olmadığını necə ayırd edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, kub formasında təqdim olunan ət dondurulmuş ətdir:

"Bu, məsələnin birinci tərəfidir.

İkinci tərəfdən isə təbii ət tam simmetrik və eyni formada olmur. Yəni təbii ətin doğranması bu şəkildə həyata keçirilmir. Qəssab tərəfindən doğranmış ət simmetrik olmur. Təbii ki, bu cür ət müəyyən ət hissələrindən və ya ət parçalarından preslənərək hazırlanmış, daha sonra simmetrik formada doğranmış ola bilər. Əsas məsələ ondan ibarətdir ki, əgər ət idxal məhsuludursa, mütləq şəkildə AQTA tərəfindən verilmiş idxal sənədi olmalıdır. Eyni zamanda məhsulun hansı temperaturda saxlanması ilə bağlı rəsmi sənəd, baytarlıq sənədi və ətin nümunə sənədi mövcud olmalıdır. Yenə də vurğulayıram ki, bunlar mütləq tələblərdir. Həmçinin ətin mənşəyinə dair baytarlıq sənədi də üzərində olmalıdır".

Ekspert qeyd etdi ki, preslənmiş və eyni formada doğranmış ətin mal əti olub-olmaması, quzu və ya digər xırda buynuzlu heyvan ətinə aid edilməsi, yaxud iri buynuzlu heyvan ətidirsə, konkret olaraq hansı ət hissəsinə aid olması barədə müştərilərin məlumatlandırılması üçün rəsmi sənədin olması vacibdir.

"Digər mühüm məsələ ətin saxlanma şəraiti ilə bağlıdır. Buzlanmış ətin hansı şəraitdə saxlanmalı olduğu məlumdur və bu, mütləq buzlu temperaturda olmalıdır. Əgər bu ət buzu açıldıqdan sonra yenidən dondurularsa, artıq həmin ətin keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranır. Belə hallarda ət açıq havada saxlanılmış, buzu əridilmiş və yenidən dondurulmuş ola bilər ki, bu da ətin qoxusunda, dadında və görünüşündə nəzərəçarpacaq fərqlərin yaranmasına səbəb olur", - deyə İlkin Şirinov yekunlaşdırdi.

Son xəbərlər