Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |     11:54 Maştağada əvvəllər məhkum olunmuş kişi özünü asdı  |     11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |    

Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı

Madridin “Real” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan məşqçi fəaliyyətini İngiltərə çempionatında davam etdirə bilər. Həftəsonu Britaniya mətbuatında onun “Çelsi”yə keçidi ilə bağlı danışıqların getdiyi haqqında xəbər yayılmışdı.

“The Sun” nəşrinin məlumatına əsasən, Zinəddin Zidan “Çelsi” ilə müqavilə bağlaması üçün London klubundan iki şərtin yerinə yetirilməsini istəyib.

Zidan klubun heyətinin gücləndirilməsi üçün rəhbərliyin transfer və ya icarələrə 200 milyon funt sterlinq (təxminən 440 milyon manat – red.) ayırmasını istəyib. İkinci şərti isə “Çelsi” rəhbərliyinin “Real”a keçidi gündəmdə olan belçikalı yarımmüdafiəçi Eden Azarı komandada saxlaması olub.

Hazırkı çalışdırıcı Mauritsio Sarri paytaxt klubu rəhbərliyinin etimadını itirib. “Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 867 18.02.19 11:36