Millimizin baş məşqçisi: Bəhanə üçün yer yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     13:06 Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR  |     12:31 Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ  |     12:29 Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı  |     12:14 Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb  |    

Millimizin baş məşqçisi: Bəhanə üçün yer yoxdur

Yunan-Roma güləşi üzrə yığmamız qarşıdakı yarışlara hazırlığı davam etdirir. Millimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir.

Bir müddət öncə İranda “Təxti kuboku”nda, Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayan komandamızın bir neçə üzvü fevralın 22-24-də Macarıstanın Dyor şəhərində keçiriləcək Qran Pridə mübarizə aparacaq.

Yığmamızın baş məşqçisi Şaban Donat geridə qalan yarışlar və gələcək planlarla bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

“Bu turnirlərə qatılmaqda əsas məqsəd nəticə qazanmaq yox, çatışmazlıqları görmək idi. Bu yarışlar üçün xüsusi hazırlıq görməmişdik. Əsas diqqətimizi böyük turnirlərə ayırmışıq.

Bununla belə “Təxti kuboku”nda Arif Niftullayevin (-97 kq) çıxışını fərqləndirə bilərəm. Ağır çəkilərdə rəqabətin yüksək səviyyədə olmadığını nəzərə alsaq, Arifin İranda yaxşı güləşməsi bizi sevindirdi. Önümüzdə 23 yaşadək güləşçilərin qitə birinciliyi var.

Ondan sonra isə böyüklərin Avropa çempionatı gəlir. Bu yarış bizim üçün çox vacibdir. Dünya çempionatından əvvəl sınaq xarakteri daşıyacaq. İyunda keçiriləcək II Avropa Oyunları da ilin ən önəmli yarışlarından biridir. Bu Oyunlarda da uğurlu çıxış etmək lazımdır. Astanada keçiriləcək mundialda isə Olimpiadaya maksimum sayda – altı lisenziya qazanmağa çalışacağıq.

Macarıstandakı turnir reytinq xarakterlidir. Bu yarışda uğur qazanmaq ona görə lazımdır ki, dünya və Avropa çempionatlarında püşkatma zamanı reytinqi yüksək olan güləşçilərlə ilk mərhələlərdə qarşılaşmırsan.

Sabah Şəriəti (-130 kq) bu il ilk yarışına Dyorda çıxacaq. Gələcəyinə ümid bəslədiyimiz güləşçilərdən İslam Abbasov (-87 kq) da bu yarışda çıxış edəcək. İstəyirik ki, çatışmayan tərəflərini görək və aradan qaldıraq. Daha bir gənc güləşçimiz Murad Məmmədova (-60 kq) da Macarıstanda şans verməyi düşünürük. Çalışmalıyıq ki, yığmada hər çəkidə 2-3 güclü güləşçi olsun. Çünki zədə və xəstəlikdən heç kim sığortalanmayıb. Macarıstandan qayıdandan sonra yeni hazırlıq sistemi tətbiq edəcəyik. Özbəkistan, Türkiyə, Gürcüstan və Ukrayna güləşçiləri ilə birgə toplanış gözlənilir.

Aşağı çəkilərdə rəqabət baxımından problem yoxdur. Azərbaycan idman ölkəsidir. Bu növlərin də başında güləş gəlir. Burda orta bir şey yoxdur, ya yaxşısan, ya da pis. Yaxşı olmaq məcburiyyətindəyik. Bəhanə üçün yer yoxdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 780 15.02.19 20:54