Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |    

Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb

Bu ilin yanvarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin eyni ayına nisbətən 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz artıb.

Median.Az
-ın Trend-ə istinadən məlumatına görə, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz azalıb.

Ötən ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun və mal əti, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik və spirtli içkilərin qiymətlərində artım, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd və yerkökünün qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, minik avtomobilləri və onların ehtiyat hissələri, velosipedlər, paltaryuyan maşınlar, soyuducular, televizorlar, planşet tipli kompüterlər, dəftərxana ləvazimatları, kərpic, nitro və sulu boyaların qiymətlərində artım, kəsilmiş taxta, sementin, yağlı boyalar, mobil telefon və qaz plitələrinin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ölkə daxilində istirahət turlarının qiymətləri artıb, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 890 08.02.19 21:50